Street View'nun 15-ci ilini qeyd edirik
Street View 2007-ci ildə dünyanın 360 dərəcəlik xəritəsini yaratmaq kimi inanılmaz bir ideya olaraq ortaya çıxdı. O vaxtdan etibarən birlikdə 100 ölkə və ərazidə 220 milyarddan çox şəkil və 10 milyon mildən çox məsafə qeydə almışıq.
Bu müddət ərzində Siz kosmosu, okeanları və digər heyranedici yerləri kəşf etdiniz, eyni zamanda evinizin yolunu bizimlə tapdınız.
Street View'da görməli yerləri kəşf edin
-
Qrenlandiyada Buz fyordu boyunca irəliləyin
-
Yosemitin El Kapitan qayalığına peşəkar alpinistlə qalxın
-
Eyfel qülləsinin üzərində gözəl Parisin yuxarıdan görünüşündən həzz alın
-
Möhtəşəm Şeyx Zayed məscidinə gedin
-
Dünyanın yeganə uça bilməyən tutuquşusu ilə Yeni Zelandiyada tanış olun
-
Maçu Piçunun qədim məbədlərini kəşf edin
Street View'da yeniliklər
Təqdim edilir: Zamanda səyahət edin
Artıq Google Xəritə tətbiqindəki Street View tarixi görüntüləri ilə məkanların zamanla necə dəyişdiyini görə bilərsiniz.
Google Xəritə tətbiqini endirin
15 sevimli mənzərə
Monqol Buz Festivalından Titikaka gölündəki üzən evlərə qədər, planetimizin bəxş etdiyi ən füsunkar mənzərələri gəzin.