Fotoqrafiyanın mənbələri
Street View iki mənbədən əldə edilir - Google və töhfəçilərdən.
Kontentimiz
Google'a məxsus kontent "Küçə Görünüşü" və ya "Google Xəritə" hesablarına aiddir. Görüntülərdə üzləri və maşın nömrələrini avtomatik bulanıqlaşdırırıq.
Başqalarının kontenti
İstifadəçilərin təmin etdiyi kontentdə kliklənə/toxunula bilən hesab adı və bəzi hallarda profil şəkli olur.
Google Küçə Görünüşünü Sizə necə gətirir
Mühəndislərdən ibarət komandamız Küçə Görünüşü görüntülərini paylaşmaq üçün böyük səylə çalışır. Komandanın Küçə Görünüşünü təmin etmək üçün gördüyü işlərə qısa nəzər salın.
-
ADDIM 1
Şəkillərin toplanması
Məkanları Küçə Görünüşündə göstərmək üçün ilk əvvəlcə həmin yerlərə səfər etməli və şəkillər çəkməliyik. Mümkün olan ən yaxşı şəkilləri nə zaman və harada çəkə biləcəyimizi müəyyən etmək üçün müxtəlif ərazilərin havası və əhali sıxlığı da daxil olmaqla bir çox amilə xüsusi diqqət yetiririk.
-
ADDIM 2
Görüntülərin düzləndirilməsi
Şəkilləri xəritədəki coğrafi məkanına uyğunlaşdırmaq üçün GPS, sürət və istiqaməti göstərən avtomobil sensorları siqnallarından istifadə edirik. Bu, bizə avtomobilin dəqiq marşrutunu yenidən qurmaq, hətta lazım gəldikdə şəkilləri əymək və yenidən düzləndirməkdə kömək edir.
-
ADDIM 3
Fotoların 360 Dərəcəli fotolara çevrilməsi
360 Dərəcəli fotolarda boşluqların olmaması üçün qonşu kameralar bir qədər üst-üstə düşən şəkillər çəkir. Sonra həmin fotolar vahid 360 dərəcəli şəkil halında birləşdirilir. Daha sonra fotolar arasında görünən sərhədləri silmək üçün xüsusi görüntü emal edən alqoritmlərdən istifadə olunur.
-
ADDIM 4
Sizə düzgün şəklin göstərilməsi
Avtomobilin üç lazerinin səthləri əks etdirmə tezliyi bina və ya obyektin hansı uzaqlıqda olduğunu göstərir və 3D modellərin yaradılmasına imkan verir. Uzaq əraziyə yola düşdüyünüzdə 3D modeli həmin məkanla əlaqədar Sizə göstəriləcək ən yaxşı panoramanı müəyyən edir.

Hara gedirik
Sizi təcrübənizi artıracaq və dünyanı daha yaxşı kəşf etməyə kömək edəcək görüntülərlə təmin etmək üçün Küçə Görünüşü maşını ilə ölkələri gəzirik. Getdiyimiz və Gedəcəyimiz ölkələrin siyahısına baxın.
Region | Bölgə | Vaxt |
---|---|---|
{[value.region]} | {[value.districts]} | {[value.datestart| date:'MM/yyyy']} - {[value.dateend| date:'MM/yyyy']} |
Bəzən bizdən asılı olmayan səbəblərdən (hava, yolların bağlanması və s.) maşınların fəaliyyəti dayana və ya cüzi dəyişikliklər baş verə bilər. Nəzərə alın ki, siyahı konkret şəhəri təsvir etdikdə, hərəkət məsafəsində yerləşən daha kiçik şəhərlər və qəsəbələr bura daxil edilə bilər.
Harada idik
Xəritədəki göy yerlər Küçə Görünüşünün olduğunu göstərir. Təfsilatlar üçün yaxınlaşdırın, yaxud vebsayt və tətbiqlərimizlə bu kontenti nəzərdən keçirin.
Google'un Küçə Görünüşü komandası
Küçə Görünüşü komandamız ilə axtarın.
-
Küçə Görünüşü Avtomobili
İlk dəfə 2007-ci ildə ABŞ-da işə başladığımızdan bu yana uzun yol qət etmişik; bu gün 360 Dərəcəli fotolar bütün qitələrdəki məkanları əks etdirir.
-
Küçə Görünüşü Trekkeri
Trekker Küçə Görünüşünə daha çox yeri — avtomobil, üç təkərli velosiped, araba və ya qar motosikletinin daxil ola bilmədiyi yerləri görüntüləmək imkanı verir. Trekker yuxarısında kamera sistemi olan, kürəyə taxılan çantadır. Portativ olduğuna görə sıx, dar yerlərdə və ya yalnız ayaqla gedilə bilən məkanlarda şəkillər çəkməyə imkan verir. Bu kamera texnologiyasından ilk dəfə Arizona Qrand Kanyonunun qayalı ərazisində çəkiliş apararkən istifadə etdik.
-
Küçə Görünüşü Arabası
İncəsənət sevən bir qrup Google işçisi Küçə Görünüşü texnologiyasını dünya muzeylərinə daşımaq istəyirdi. Bunun üçün asanlıqla muzey qapılarından keçən və heykəllərin ətrafında hərəkət edə bilən bir sistem hazırlanmalı idi. Bütün zəruri avadanlıqlar balaca qurğuda toplandı: kamera sistemi quraşdırılmış Araba. Bu üsulla yalnız muzeylərdən deyil, Ağ Ev və idman stadionları kimi digər qapalı məkanlardan da görüntülər əldə etdik.
-
Küçə Görünüşü Qar Motosikleti
Küçə Görünüşü kameraları ilə çəkiləcək maraqlı yerlərdən biri də yamaclardır. Komanda 2x4 ölçüdə dik taxta, yapışqan lent və dondurucu soyuğa tab gətirmək üçün xizək gödəkçələrinə bükülmüş əlavə sərt disklərdən istifadə edərək bir neçə həftə sonu ərzində Küçə Görünüşü avadanlıqlarını qar motosikletinə quraşdırdı. İndi xizəkçilər, snoubordçular və qar yürüşçüləri Uistler Bləkkomb Dağını və ətrafındakı qarlı əraziləri kəşf edə bilərlər.
-
Küçə Görünüşünün 3 Təkərli Nəqliyyat Vasitəsi
Balaca küçəli şəhərlərdə Küçə Görünüşü trekkerin üstündə gəzdirə biləcək nəqliyyat vasitəsi lazım idi. Ensiz yollarda çəkiliş etmək üçün İndoneziyaya məxsus Selis Robin motosikletini uyğun olaraq seçdik. Küçə Görünüşünün 3 təkərli nəqliyyat vasitəsi ilə tanış olun. Əlavə dirək Küçə Görünüşü trekkerinin tarazlığının qorunub saxlanması üçün quraşdırılıb.